Modern.az

Təyyarəni Rusiya vurub - ABŞ TƏSDİQLƏDİ

Təyyarəni Rusiya vurub - ABŞ TƏSDİQLƏDİ

Dünya

26 Dekabr 2024, 22:51

ABŞ hakimiyyəti Azərbaycana məxsus "Embraer 190" təyyarəsinin Rusiya tərəfindən vurulduğunu bəyan edib. 

Modern.az xəbər verir ki, bu barədə AFP və CNN nəşrləri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb. 

"İlk əlamətlər Rusiyanın hava hücumundan müdafiə sisteminin Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduğunu göstərir", - açıqlamada qeyd olunub. 

Bundan əvvəl "Caliber" nəşri, "Euronews" kanalı və "Reuters" agentliyi təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək