Modern.az

Təyyarə qəzasının araşdırılmasına Türkiyə mütəxəssisləri də cəlb edilib

Təyyarə qəzasının araşdırılmasına Türkiyə mütəxəssisləri də cəlb edilib

Dünya

27 Dekabr 2024, 13:30

AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunublar.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Məlumata görə, türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcəklər.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi