Modern.az

İtalyan jurnalist İranda saxlanılıb

İtalyan jurnalist İranda saxlanılıb

28 Dekabr 2024, 17:08

İtalyan jurnalist Çeçiliya Sala Tehranda saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, Sala dekabrın 19-da Tehran polisi tərəfindən saxlanılıb.

İtaliya Xarici İşlər Nazirliyi bildirib ki, Çeçiliya Salanın hüquqi vəziyyətini aydınlaşdırmaq və onun saxlanma şəraitini yoxlamaq üçün İran hakimiyyəti ilə əməkdaşlıq edir.

Cümə günü jurnalisti həbsxanada İtaliya səfiri Paola Amadei həbsdə saxlanma şəraitini və vəziyyətini yoxlamaq üçün ziyarət edib”, - məlumatda deyilir. Qeyd olunur ki, ona əvvəllər qohumları ilə iki dəfə telefon danışığı etməyə icazə verilib.

CNN-in məlumatına görə, Sala İtaliyanın “İl Foglio” qəzetinin müxbiridir və jurnalist Tehranın Evin həbsxanasında saxlanılır. Qəzetə görə, Çeçiliya Sala tanıdığı və sevdiyi ölkə haqqında məlumat vermək üçün adi viza ilə İranda idi.

İtaliyanın müdafiə naziri Guido Crosetto cümə günü X-da yazıb ki, bütün hökumət Salanın azadlığa buraxılması üçün çalışır.

Salanın İnstaqram hesabında İranda tanış olduğu qadınlarla bağlı son paylaşımlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi