Modern.az

Zurabişvili gecəni prezident sarayında qalacaq

Zurabişvili gecəni prezident sarayında qalacaq

29 Dekabr 2024, 00:31

Gürcüstan Prezidenti Salome Zurabişvili sələfinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu haqda o, videomüraciətində deyib.

 

“Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi qeyd edib.

 

O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.

 

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal