Modern.az

Tokayev həmin xilasediciləri təltif etdi

Tokayev həmin xilasediciləri təltif etdi

29 Dekabr 2024, 19:07

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirən bir qrup Qazaxıstan vətəndaşını təltif edib.

 

Modern.az xəbər verir ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkəsi şirkətinin və Aktau şəhəri Beynəlxalq Hava Limanının əməkdaşları var.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var