Modern.az

Bir gündə 3-cü təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bir gündə 3-cü təyyarə qəzası - ÖLƏNLƏR VAR

Dünya

29 Dekabr 2024, 21:26

BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Məlumata görə, “Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.

Qeyd edək ki, bu gün Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisində 175 sərnişin və 6 ekipaj üzvü olub. Son məlumatlara görə, 179 nəfərin ölümü təsdiqlənib, ekipajın 2 üzvü sağ qalıb.

Sent-Cons şəhərindən Halifaksa daxili reys həyata keçirən Kanadanın “Pal Airlines” sərnişin təyyarəsi isə “Halifax Stanfield” hava limanına sərt eniş edib. Enərkən qanadı uçuş-eniş zolağına dəyən təyyarə alovlanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi