Modern.az

Naməlum şəxslər almanlara bıçaqla hücum etdi

Naməlum şəxslər almanlara bıçaqla hücum etdi

31 Dekabr 2024, 22:55

Berlinin Şarlottenburq rayonunda naməlum şəxs küçədə insanlara bıçaqla xəsarətlər yetirib.

 

Modern.az “Spiegel” qəzetinə istinadən xəbər verir ki, həmin şəxsin küçədə qarşısına çıxan insanlara bıçaqlı hücumu nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Lakin yoldan keçən bir neçə nəfər onun hücumunun qarşısını ala bilib.

 

Hücum nəticəsində xəsarət alan şəxslərdən ikisi xəstəxanaya aparılıb.

 

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!