Xəbər verdiyimiz kimi, yanvarın 1-nə keçən gecə yerli vaxtla təxminən 3:15-də ABŞ-nun Nyu-Orlean şəhərində avtomobil izdihama çırpılıb.
Modern.az "NBC News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.
Sürücü daha sonra polisə atəş açıb və iki polis əməkdaşını vurub.
Avtomobilin sürücüsünün kimliyi və motivləri hələlik məlum deyil.
Nyu-Orlean şəhərinin meri LaToya Kantrell hadisəni terror aktı adlandırıb.
Kantrell jurnalistlərlə keçirdiyi brifinq zamanı terror aktı ilə bağlı öz versiyasını açıqlayıb.
FTB-nin Nyu Orleandakı sözçüsü Alethea Duncan daha sonra bildirib ki, istintaqın hazırkı mərhələsində insident terror aktı hesab edilmir.
O əlavə edib ki, hadisə yerində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
***
16:27
ABŞ-nin Lyuzina ştatının Nyu-Orlean şəhərində avtomobil izdihama çırpılıb.
Modern.az xəbər verir ki, rəsmilər ən az 10 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını bildirib.
Yaralılar xəstəxanaya aparılıb, hadisə yerinə giriş-çıxış qadağan edilib.