Modern.az

Nyu-Yorkda atışma - 11 nəfər yaralandı

Nyu-Yorkda atışma - 11 nəfər yaralandı

Dünya

2 Yanvar 2025, 10:46

Nyu-Yorkda “Amazura” gecə klubunda atışma olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə çərşənbə günü gecə 23:20-də Queens şəhərində "Amazura" gecə klubunun qarşısında baş verib. Kütləvi atışma nəticəsində 11 nəfər yaralanıb.

Yaralılar “Long İsland” Yəhudi Xəstəxanası və “Cohen” Uşaq Tibb Mərkəzi də daxil olmaqla bölgə xəstəxanalarına aparılıb.

Son məlumata görə, xəsarət alanların vəziyyətinin yüngül olduğu deyilir.

Hadisənin baş verdiyi yer gediş-gəlişə bağlanıb. Polis mərmi gilizləri taparaq axtarış zonasını genişləndirib.

 

Fidan Eldarova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi