Modern.az

"Qara polkovnik" vəfat etdi

"Qara polkovnik" vəfat etdi

Dünya

2 Yanvar 2025, 18:17

Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksnis vəfat edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş Sovet Ordusunun polkovniki 74 yaşında dünyasını dəyişib.

2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub və bir neçə əməliyyat keçirib.

Viktor Alksnis tanınmış sovet və rus siyasi xadimidir, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı olub və 2013-2015-ci illərdə Moskva vilayətinin Ruza rayonunun Tuçkovo şəhər qəsəbəsinə rəhbərlik edib.

SSRİ dövründə Alksnis jurnalistlər arasında “qara polkovnik” kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır.

O, həmçinin, 1993-cü il oktyabrın 4-də Moskvada hökumət binalarının tanklardan atəşə tutulması zamanı baş vermiş faciəli hadisələrin şahidi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi