Modern.az

Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı - VİDEO

Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı - VİDEO

Dünya

3 Yanvar 2025, 17:37

Dünyaca məşhur "Evdə tək" filminin çəkildiyi malikanə 5,25 milyon dollara satılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, satış Milad bayramından öncə baş tutub.

1990-cı ildə "Evdə tək" filmi və 1992-ci ildə çəkilən "Evdə tək 2" filmlərində nümayiş olunan Çikaqonun şəhərətrafı malikanəsi may ayında sarışa çıxarılıb. 2012-ci ildə bir alıcı ev üçün 1,58 milyon dollar ödəyib.

İki mərtəbəli kərpic ev 2018-ci ildə müasir üslub nəzərə alınmaqla təmir edilib. 

850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.

1408153

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi