Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen pnevmoniyaya yoluxub.
Modern.az xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker “PAP” agentliyinə açıqlamasında deyib.
O, yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək.
Qeyd olunub ki, nəticədə Ursula fon der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.