Modern.az

Fermerlər küçəyə çıxdılar

Fermerlər küçəyə çıxdılar

Dünya

3 Yanvar 2025, 21:54

Polşa fermerləri, eləcə də onların Almaniya və Slovakiyadan olan həmkarları Varşavada etiraz aksiyasına başlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “TVP Info” kanalı hadisə yerindən məlumat verib.

 

Bildirilib ki, etirazçılar şəhərin mərkəzindəki Aİ ofisinin qarşısına toplaşıblar. Onlar əllərində Polşa bayraqları, həmçinin “Yaşıl sövdələşməyə yox”, “Yaşıl sövdələşmə ekoterrorizmə bərabərdir”, “Yaşıl sövdələşmədən uzaqlaşın” şüarları yazılmış plakatlar tutublar.

 

Etirazçılar Aİ-nin ekoloji strategiyasını tənqid etməklə yanaşı, Aİ-nin Cənubi Amerika Ümumi Bazarı (Mercosur) ölkələri ilə ticarət sazişinə və Ukraynadan məhsulların nəzarətsiz idxalına qarşı çıxırlar. Etirazçılar şəhərin mərkəzi küçələri ilə hərəkət etməyi planlaşdırırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ