Modern.az

Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

Dünya

4 Yanvar 2025, 19:39

Azərbaycan təbii qaz təchizatında Serbiya üçün etibarlı tərəfdaşdır.

 

Modern.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında deyib.

 

Prezident hazırda ölkədə qaz istehlakının gündəlik 13,5-14,5 milyon kubmetr civarında olduğunu bildirib. Bu günə həm Serbiyadakı, həm də Macarıstandakı yeraltı anbarlarda təxminən 430 milyon kubmetr qaz ehtiyatı var.

 

Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təchiz edilən sayca 8-ci ölkə olub. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi