Modern.az

Nəhəng ton balığı 1,3 milyon dollara SATILDI

Nəhəng ton balığı 1,3 milyon dollara SATILDI

5 Yanvar 2025, 10:02

Tokioda ilin ilk auksionunda çəkisi 276 kq olan mavi ton balığı 1,3 milyon dollara satılıb.

 

Modern.az xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıb.

 

Bildirilib ki, ton balığı Aomori prefekturasının şimalında tutulub.

 

Məlumata görə, restoranlar ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb edir.

 

Əvvəllər hərraclar məşhur Tsukidzi bazarında aparılıb. Bu bazar ləğv edildikdən sonra Toyosu bazarı hərracın keçirildiyi məkan olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək