Modern.az

Təhlükəli virus Çindən sonra Qazaxıstanda

Təhlükəli virus Çindən sonra Qazaxıstanda

5 Yanvar 2025, 18:12

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.

 

Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

 

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi