Modern.az

Makronun rəqibi qəzaya düşdü

Makronun rəqibi qəzaya düşdü

7 Yanvar 2025, 15:22

Biri Fransanın sağçı Milli Birlik partiyasının lideri Marin Le Penin olduğu iki gəmi Fransanın Mayotte limanında toqquşub.

Modern.az xəbər verir ki, bu barədə BFMTV-nin məlumatında bildirilib.

“Çərşənbə axşamı, yanvarın 7-də göyərtəsində Marin Le Penin olduğu barj Mayotte sahillərində qarşıdan gələn gəmi ilə toqquşub”, - deyə qeyd edilib.

Məlumata görə, toqquşma zamanı insanların əksəriyyəti müvazinətini itirərək yıxılıb. Üç nəfər yüngül xəsarət alıb və polis qayıqlarında aparılıb. Le Penin özü xəsarət almayıb və onu da polis gəmisi təxliyə edib.

Marin Le Pen 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun əriqbi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu