Modern.az

Ərdoğan Azərbaycana göndəriləcək səfirlə görüşdü

Ərdoğan Azərbaycana göndəriləcək səfirlə görüşdü

Dünya

8 Yanvar 2025, 22:52

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Maarif Fondunun rəhbəri Birol Akgünü qəbul edib.

Modern.az xəbər verir ki, prezident sarayında baş tutan qəbul mətbuata qapalı keçirilib.

Görüşün detalları açıqlanmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olacaq.

Səfirin tezliklə Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək