Modern.az

Yanğın ABŞ-ı cənginə alıb: 100 min nəfər təxliyə edilir - Dəhşətli GÖRÜNTÜLƏR

Yanğın ABŞ-ı cənginə alıb: 100 min nəfər təxliyə edilir - Dəhşətli GÖRÜNTÜLƏR

Dünya

9 Yanvar 2025, 10:24

ABŞ-ın Los-Anceles şəhərindəki meşə yanğını böyüyüb.

Modern.az-ın məlumatına görə, şəhərin Yanğınsöndürmə İdarəsi "Hollivud" yaxınlığındakı ərazilərin sakinləri üçün təxliyə əmri verib.

100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb. Yaşayış massivindəki yanğın sahəsi 63,9 kvadrat kilometri əhatə edir.

Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb. 

Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. 

“Ürək parçalayan, dağıdıcı, ağlasığmaz. Hər şey yoxa çıxdı. Ərazimiz, restoranlarımız. Yanğınsöndürənlər əllərindən gələni edirlər, lakin yanğın böyükdür və nəzarətdən kənardadır”, – jurnalist Maria Şrayver "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, yanğın yanvarın 7-də başlayıb. Bayden İtaliyaya səfərini təxirə salıb.

14091591409160140916114091621409163

14091641409165

1409166

1409167

1409168

1409169

1409170

1409171

1409172

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış