Modern.az

Baydenin 4 milyonluq evi yanıb KÜL OLDU 

Baydenin 4 milyonluq evi yanıb KÜL OLDU 

Dünya

9 Yanvar 2025, 20:07

Kaliforniyada baş verən yanğın zamanı ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hanter Baydenin Malibudakı evi də zərər görüb.

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Bildirilir ki, Baydenin evi tamamilə yanıb. Nəşrin dərc etdiyi fotoşəkillərdə görünür ki, 4 milyon dollarlıq mülkdən yalnız iki baca qalıb. 

Baydenin bu evi ayda 20 min dollara kirayə verdiyi bildirilir.

Hanter Baydenin mühafizə dəstəsinin kirayə götürdüyü və qonşuluqda yerləşən evi də məhv olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış