Modern.az

Xanım nazir Bakıya GƏLİR

Xanım nazir Bakıya GƏLİR

11 Yanvar 2025, 16:07

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev nazirlə görüşərək planlaşdırılan səfərin detallarını müzakirə edib.

Səfərin dəqiq nə vaxt baş tutacağı açıqlanmayıb.

Qeyd edilib ki, yaxın günlərdə Bakıda  Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclası baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı