Modern.az

İran Trampa sui-qəsd hazırlayır? - Pezeşkiandan REAKSİYA

İran Trampa sui-qəsd hazırlayır? - Pezeşkiandan REAKSİYA

Dünya

15 Yanvar 2025, 11:05

İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittihamları rədd edib.

Modern.az xəbər verir ki, İran prezidenti NBC News telekanalına müsahibəsində deyib:

"Bu, İranofobiyanı təbliğ etmək məqsədi ilə İsrail və digər ölkələrin yaydığı növbəti uydurmadır. İran heç vaxt belə bir şeyə cəhd etməyib və etməyəcək".

Xatırladaq ki, 2024-cü ilin iyul və sentyabr aylarında Trampa qarşı sui-qəsd cəhdləri olub. Bundan sonra o, İranın onun həyatı üçün təhlükə yaratdığını bəyan edib.

İran Xarici İşlər Nazirliyi bu bəyanatları “yalan” adlandırıb. Noyabrın 8-də ABŞ Ədliyyə Departamenti Trampa sui-qəsd planı hazırlamaqla vəzifələndirildiyi iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakeri ittiham edib. Onun İslam Respublikasında olduğu güman edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!