Modern.az

Kobaxidzedən Tbilisidəki aksiyalara REAKSİYA

Kobaxidzedən Tbilisidəki aksiyalara REAKSİYA

Dünya

15 Yanvar 2025, 21:58

“Gürcü xalqı 2024-cü il oktyabrın 26-da seçkilərə getdi və öz iradəsini azad şəkildə ifadə etdi”.

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze paytaxtda baş verən hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Baş nazirin sözlərinə görə, paytaxtda baş verənlər radikal müxalifətin daha bir zəif çıxışıdır və heç bir dəyəri yoxdur.

 

“Əslində hamı bilir ki, hadisələr gürcü xalqının maraqlarına uyğun inkişaf edir. Oktyabrın 26-da gürcü xalqı seçkiyə getdi və öz iradəsini bildirdi. Qalan hər şey radikal müxalifətin tamamilə zəif səyləridir”, - deyə, İrakli Kobaxidze vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi