Modern.az

İspaniyada "ağırlığım, uğurluğum odlara" - FOTOLAR

İspaniyada "ağırlığım, uğurluğum odlara" - FOTOLAR

17 Yanvar 2025, 16:00

Yanvarın 16-da İspaniyanın San Bartolome de Pinares kəndində maraqlı festival keçirilib.

Modern.az-ın məlumatına görə, Müqəddəs Antoni gününün qeyd edilməsinə həsr olunmuş illik Las Luminarias festivalında insanlar atlarla odun üzərində keçirlər.

Ənənəvi keçirilən festivalın inancına görə, insanlar bunu edən zaman ilboyu xəstəlikdən uzaq olurlar.

Tullanmazdan əvvəl atlar yaxşıca su ilə yuyulur, yalları hörülür və quyruqları bağlanır.

Ənənənin tarixi 18-ci əsrə gedib çıxır. Həmin dövrdə at populyasiyasını azaldan bir epidemiyadan sonra insanlar heyvanları rituallar vasitəsilə qorumağa qərar verib.

Qeyd edək ki, bu ənənə Azərbaycandakı Novruz bayramında oddan atlanmağa bənzəyir. 

Festivaldan çəkilən fotoları təqdim edirik:

1410971

1410973

1410974

1410975

 

1410976

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi