Modern.az

Pakistan ilk yerli peykini kosmosa göndərdi

Pakistan ilk yerli peykini kosmosa göndərdi

Dünya

17 Yanvar 2025, 21:54

Pakistan Çinə məxsus raketlə ilk yerli istehsal olan müşahidə peykini kosmosa göndərib. 

 

Modern.az xəbər verir ki, Çinin “Long March-2D” daşıyıcı raketi tərəfindən buraxılan PRSC-EO1 peyki Pakistanın təbii ehtiyatları izləmək və idarə etmək, fəlakətlərə cavab vermək, şəhərsalma və kənd təsərrüfatının inkişafını təkmilləşdirmək qabiliyyətini artıracaq.

 

Bu tip peyk əks olunan günəş işığını və ya yayılan radiasiyanı aşkar edib ölçməklə Yer səthi haqqında məlumat və şəkilləri toplamaq üçün elektro-optik sensorlardan istifadə edir.

 

Pakistanın Çindəki səfiri Xəlil Haşmi buraxılış qrupunun nailiyyətini yüksək qiymətləndirib: “Bu gün sosial-iqtisadi inkişaf baxımından Pakistanın kosmik tədqiqatlar sektorunda əməkdaşlıqda daha bir əlamətdar hadisədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü