İsrail razılaşmanın birinci mərhələsində HƏMAS-ın əlində olan 33 girovun müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək.
Modern.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat verib.
"42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək", - nazirliyin "Facebook" səhifəsində dərc edilən mətndə deyilir.
Nazirlik həmçinin vasitəçilərin Qəzza atəşkəsinin razılaşdırılmış müddət ərzində üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini də xatırladıb.