Modern.az

Ermənistan parlamentində yeni deputat and içdi

Ermənistan parlamentində yeni deputat and içdi

Dünya

20 Yanvar 2025, 12:38

Bu gün 8-ci çağırış Ermənistan prlamentinin IX sessiyası işə başlayıb.

Modern.az saytı xəbər verir ki, yeni deputat mandatı alan Cülyetta Azaryan Ermənistan parlamentinin iclasının əvvəlində deputatların iştirakı ilə tribunada and içib.

O, Narek Zeynalyanın istefasından sonra parlamentə deputat seçilib.

Dekabrın 18-də Mərkəzi Seçki Komissiyasına Milli Məclisin deputatı Davit Aruşanyanın səlahiyyətlərinə xitam verilməsi haqqında protokol daxil olub.

Cülyetta Azaryan Mərkəzi Seçki Komissiyası dekabrın 19-da keçirilən növbədənkənar iclasındakı müzakirıədən sonra hakim “Mülki müqavilə” partiyasından deputat mandatı alıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?