Modern.az

Mirozyan Moskvaya nəyə gedir?

Mirozyan Moskvaya nəyə gedir?

Dünya

20 Yanvar 2025, 18:51

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan XİN başçısı Ararat Mirzoyanın Moskvaya gözlənilən səfərinin detalları açıqlayıb.

 

Modern.az xəbər verir ki, Mirozyanın sabah Moskvada aparacağı danışıqların gündəliyinə Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı və Avrasiya məkanındakı digər birliklər çərçivəsində əməkdaşlıq daxildir.

 

Bildirilir ki, Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq üçün Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

 

"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!