Modern.az

Tramp 3-cü müddətə prezident seçilə bilər - Konqresmen təklif verdi

Tramp 3-cü müddətə prezident seçilə bilər - Konqresmen təklif verdi

24 Yanvar 2025, 17:50

ABŞ prezidentinin üçüncü müddətə namizədliyinə icazə verilə bilər.

Modern.az xəbər verir ki, ölkə Konstitusiyasına müvafiq düzəliş layihəsi Nümayəndələr Palatasının respublikaçı üzvü Endi Oqles tərəfindən təklif edilib.

Oqles sözlərinə görə, onun təklif etdiyi düzəliş prezident Trampa üç müddət vəzifədə qalmağa imkan verə və ölkənin ehtiyac duyduğu cəsarətli liderliyə malik olmasını təmin edə bilər.

Endi Oqles iddia edib ki, Tramp müasir tarixdə tənəzzülü dayandırmağa və Amerikanın əzəmətini bərpa etməyə qadir yeganə şəxsiyyət olduğunu sübut edib və ona bu məqsədə çatmaq üçün vaxt verilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi