Modern.az

İlon Mask ifrat sağın kampaniyasına qoşuldu 

İlon Mask ifrat sağın kampaniyasına qoşuldu 

Dünya

26 Yanvar 2025, 08:32

Amerikalı milyarder İlon Mask ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyasına qoşulub.

 

Modern.az "Spiegel" qəzetinə istinadən xəbər verir ki, AfD-nin Halle (Saale) şəhərində təşkil olunan mitinqinə videokonfrans vasitəsilə qoşulan İ.Mask partiyaya dəstəyini bir daha ifadə edib.

 

İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl də mitinq iştirkaçılarına videomüraciət ünvanlayaraq, AfD-yi dəstəklədiyini vurğulayıb.

 

Xatırladaq ki, AfD-nin bu mitinqinə etiraz əlaməti olaraq Halle şəhərində radikal sağ əleyhinə daha bir nümayiş də keçirilib. Gün ərzində Almaniyanın bir sıra böyük şəhərlərində, o cümlədən Berlində də ifrat sağa qarşı mitinqlər təşkil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi