Modern.az

Qərb Belarusa müdaxiləyə hazırlaşır - Lukaşenko

Qərb Belarusa müdaxiləyə hazırlaşır - Lukaşenko

Dünya

26 Yanvar 2025, 17:07

Qərbdəki ekstemistlər 2030-cu ilə kimi Belarusa müdaxilə etməyə hazırlaşır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir.

 

Ölkə lideri iddia edib ki, Qərbdəki ekstremistlər strateji olaraq 2030-cu ilə hazırlaşır: “Bunun üçün strukturlar yaradılır və maliyyələşdirilir”.

 

A.Lukaşenko söyləyib ki, ABŞ və Avropa istənilən əlverişli fürsətdə Litva və Polşadan qoşun göndərəcək, məhz buna görə NATO qüvvələri yenidən qruplaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi