Modern.az

Avropa Suriyaya qarşı sanksiyaları ləğv EDƏ BİLƏR

Avropa Suriyaya qarşı sanksiyaları ləğv EDƏ BİLƏR

26 Yanvar 2025, 18:32

Avropa İttifaqı (Aİ) yanvarın 27-də Suriyaya qarşı enerji və nəqliyyat sahələri ilə bağlı sanksiyaları ləğv edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən bildirib.

 

Qeyd olunub ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin sabah keçiriləcək görüşündə müvafiq razılıq əldə olunsa, məhdudiyyətlər aradan qaldırılacaq.

 

Məlumata görə, Aİ-yə üzv ölkələrin Yaxın Şərq və Şimali Afrika üzrə xarici siyasət mövqelərini əlaqələndirən qrupun nümayəndələri də Suriya ilə bank və investisiya əlaqələrinin bərpası imkanlarının nəzərdən keçirilməsini tövsiyə ediblər.

 

Qeyd edək ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas yanvarın 24-də Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi