Modern.az

"Dəmir yumruğ"u özlərinə rəmz seçdilər

"Dəmir yumruğ"u özlərinə rəmz seçdilər

Dünya

27 Yanvar 2025, 14:31

Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) keçirilmiş konqresində qəbul edilən qərarlardan biri Cəbhənin rəsmi simvolunun müəyyənləşdirilməsi olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmasında simvola çevrilən "Dəmir yumruq" bundan sonra həm də kolonializmə qarşı mübarizənin simvolu olacaq. Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin "Dəmir yumruğ"unu özünə rəmz kimi seçib.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi