Modern.az

ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı

ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı

Dünya

29 Yanvar 2025, 18:04

Amerika Birləşmiş Ştatlarının 5-ci nəsil F-35A qırıcısı Alyaskada eniş edən zaman qəzaya uğrayıb.

Modern.az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, pilot vaxtında katapult edə bildiyindən qəza itkisiz ötüşüb. Qırıcının Eylson hava bazasının yaxınlığında yerə çırpıldığı bildirilir.

İlkin məlumata görə, qəzaya təyyarənin göyərtəsində meydana gələn texniki nasazlıq səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukraynada bu ərazidə qızğın döyüşlər başladı