Modern.az

AŞPA-da Gürcüstanla bağlı qətnamə

AŞPA-da Gürcüstanla bağlı qətnamə

Dünya

29 Yanvar 2025, 23:53

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunmasını tələb edən qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub.

 

Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

 

Hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi