Modern.az

Tramp 30 min miqrantı həbsxanaya göndərəcək

Tramp 30 min miqrantı həbsxanaya göndərəcək

30 Yanvar 2025, 08:36

ABŞ prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minədək qeyri-qanuni immiqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.

 

Modern.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə çıxışı zamanı deyib.

 

“Amerikalıları təhdid edən qeyri-qanuni mühacirlər arasında ən pis cinayətkarları saxlamaq üçün Quantanamoda 30 000 yer var. Bəziləri o qədər pisdir ki, başqa ölkələrin onları dəstəkləməsinə inanmırıq. Ona görə, biz onların geri qaytarılmasını istəmirik və Quantanamoya göndərəcəyik. Oradan çıxmaq çətin işdir”, - deyə, o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi