Modern.az

Paşinyanla Kobaxidze Ermənistan-Azərbaycan məsələsini müzakirə etdilər

Paşinyanla Kobaxidze Ermənistan-Azərbaycan məsələsini müzakirə etdilər

30 Yanvar 2025, 17:12

Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.

O, həmçinin bildirib ki, bugünkü danışıqlarda Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi və əldə olunmuş razılaşmalar barədə məlumat verib.

Paşinyan qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri gücləndirmək barədə razılığa gəliblər.

Bundan əvvəl gürcü tərəfi Ermənistan paytaxtında aparılan danışıqlarda Ermənistan-Azərbaycan nizamlanması üzrə vasitəçilik səylərinə hazır olduğunu bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum