Modern.az

HƏMAS komandirin öldüyünü 6 ay sonra TƏSDİQLƏDİ

HƏMAS komandirin öldüyünü 6 ay sonra TƏSDİQLƏDİ

Dünya

30 Yanvar 2025, 23:13

HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam"ın komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bunu qrupun nümayəndəsi Əbu Ubeydə bildirib.

 

“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, - o deyib.

 

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Məhəmməd əl-Deyfin öldüyünü ötən ilin iyul ayında açıqlayıb.

 

Əl-Deyf 1965-ci ildə anadan olub. O, 2002-ci ildən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssəm briqadalarına rəhbərlik edir. İsrail hərbçiləri 2002-ci ildən bəri təxminən on dəfə Məhəmməd əd-Deyfi öldürməyə cəhd ediblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi