Modern.az

İŞİD rəhbərini məhv edin! - Trampdan TAPŞIRIQ

İŞİD rəhbərini məhv edin! - Trampdan TAPŞIRIQ

Dünya

1 Fevral 2025, 23:07

ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.

 

“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib.

 

O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.

 

“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi