Modern.az

Putindən sonra Rusiya prezidenti bu şəxs ola bilər - İDDİA

Putindən sonra Rusiya prezidenti bu şəxs ola bilər - İDDİA

Dünya

3 Fevral 2025, 09:33

Amerikalı jurnalist Duqlas Makkinnon bəyan edib ki, Milli Xokkey Liqasının rusiyalı hücumçusu Aleksandr Oveçkin Rusiya prezidenti ola bilər.

Modern.az xəbər verir ki, jurnalist bu barədə “Foks Nyus” üçün yazdığı məqalədə bildirib.

“Deyə bilərəm ki, Aleksandr Oveçkin prezident olmaq üçün bir çox meyarlara cavab verir”, – jurnalist yazıb.

Onun sözlərinə görə, xokkeyçi Rusiyanın hazırkı prezidenti Vladimir Putinin nə vaxtsa gedəcəyi təqdirdə prezident ola bilər.

2024-cü ilin noyabrında Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Rusiyanın növbəti prezidenti necə olmalıdır” sualını belə cavablandırmışdı: "Putin kimi".


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!