Modern.az

Mona Lizaya baxmaq üçün əlavə bilet almaq lazım olacaq

Mona Lizaya baxmaq üçün əlavə bilet almaq lazım olacaq

Dünya

3 Fevral 2025, 21:34

Luvr Muzeyində məşhur Mona Liza tablosuna baxmaq üçün əlavə bilet tələb olunacaq.

 

Modern.az xəbər verir ki, bunu muzeyin direktoru Loran de Kar “France İnter” kanalına müsahibəsində bildirib.

 

Dünyanın ən çox ziyarət olunan muzeyinin rəhbəri bildirib ki, ziyarətçilərdən ekspozisiyanı gəzmək üçün bir, Mona Liza tablosuna baxmaq üçün əlavə bilet alınması tələb edilə bilər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl muzeyin vəziyyəti ilə bağlı yayılan məlumatlar Fransa cəmiyyətində narazılıq doğurub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi