Modern.az

Ərdoğan Suriyaya GEDƏCƏK

Ərdoğan Suriyaya GEDƏCƏK

Dünya

4 Fevral 2025, 08:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də başlayacaq Ramazan ayı öncəsi Suriyaya səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb .

Suriya prezidenti Əhməd əl-Şaraa çərşənbə axşamı, fevralın 4-də Türkiyəyə səfər edəcək. Qəzetin yazdığına görə, Şaraa Rəcəb Tayyib Ərdoğanı Dəməşqə səfərə dəvət edəcək və Türkiyə prezidenti Ramazan ayı başlamamış bu təklifi qəbul etmək niyyətindədir.

Bundan əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan Dəməşqə səfər ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi