Modern.az

Çində 5.4 bal gücündə ZƏLZƏLƏ

Çində 5.4 bal gücündə ZƏLZƏLƏ

Dünya

5 Fevral 2025, 07:53

Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla verdiyi məlumata görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Kuça rayonundan 87 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

 

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

 

Bundan əvvəl Sincanda 5 bal gücündə zəlzələ Yarkənd qraflığından 67 km qərbdə, 128 min insanın yaşadığı ərazidə baş vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi