Modern.az

Misir Ərəb Liqasının fövqəladə sammitini ÇAĞIRDI

Misir Ərəb Liqasının fövqəladə sammitini ÇAĞIRDI

9 Fevral 2025, 15:23

Misir fevralın 27-də Ərəb Dövlətləri Liqasının fövqəladə sammitini çağırıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, sammitin gündəliyinə Fələstin məsələsi ilə bağlı son təhlükəli proseslər və Fələstinin xahişi ilə yüksək səviyyəli görüşün daxil edilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin Misir və İordaniyaya köçürülməsi barədə təklifinə Qahirə qəti etiraz edib. Sammitdə əsas müzakirə mövzusunun da bu məsələ olacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi