Modern.az

Saxta içkidən ölənlərin sayı 38-ə çatdı

Saxta içkidən ölənlərin sayı 38-ə çatdı

Dünya

10 Fevral 2025, 20:28

Saxta spirtli içkidən ölən Ankara sakinlərinin sayı 38-ə çatıb.

 

Bu barədə Modern.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir.

 

Qeyd olunur ki, Ankarada tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.

 

Ankara məhkəmə instansiyalarının qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs olunub.

 

Bundan əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər dünyasını dəyişmişdi.

 

Ölümcül alkoqollu içkilərdən istifadə edə biləcək şəxslərin müəyyən olunması üçün xüsusi qruplar yaradılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!