Modern.az

Tramp USAID-in baş müfəttişini işdən qovdu

Tramp USAID-in baş müfəttişini işdən qovdu

Dünya

12 Fevral 2025, 16:12

ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş müfəttişi Pol Martini vəzifəsindən azad edib.

Modern.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Telekanalın məlumatına görə, bu, Pol Martinin xarici yardımın dondurulmasını tənqid edən hesabatını dərc etməsindən sonra baş verib.

Tramp tərəfindən USAİD-in müvəqqəti rəhbəri vəzifəsini icra etmək üçün təyin edilmiş ABŞ dövlət katibi Marko Rubio bir müddət əvvəl demişdi ki, hökumət proqramların maliyyələşdirilməsinin cari administrasiyanın xarici siyasətinə uyğun olub-olmadığını müəyyən etmək üçün agentliyi “yuxarıdan aşağıya” nəzərdən keçirəcək, çünki USAİD pulları ABŞ-ın “zərərinə” xərcləyib. Onun sözlərinə görə, yenidən qiymətləndirmədən sonra bəzi hallarda yardımlar dondurulacaq və ya artırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi