Modern.az

Maskdan NATO ilə bağlı çağırış

Maskdan NATO ilə bağlı çağırış

Dünya

12 Fevral 2025, 19:46

ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nu yenidən qurmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkədə paylaşım edib.

 

“NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var”, - deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib. Qeyd edək ki, senator “soyuq müharibə başa çatandan” sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.

 

Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.

 

“Doğrudur. Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub” – deyə Mask X sosial şəbəkəsində qeyd edib. Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi