Modern.az

Putin Trampı Moskvaya DƏVƏT ETDİ

Putin Trampı Moskvaya DƏVƏT ETDİ

Dünya

12 Fevral 2025, 21:02

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını deyib.

Modern.az xəbər verir ki, telefon danışığı bu səhər baş tutub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Trampla telefon danışığı apardığını təsdiqləyib.

Putin Trampı Moskvaya dəvət edib. 

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü