Modern.az

Paşinyan müxalifəti hədələdi: “Hakimiyyəti ancaq xalqa qaytara bilərəm”

Paşinyan müxalifəti hədələdi: “Hakimiyyəti ancaq xalqa qaytara bilərəm”

Dünya

13 Fevral 2025, 10:08

“Mən hakimiyyəti ancaq xalqa qaytara bilərəm. Bu, həmişə mənim prinsipim olub”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan müxalifətin “istefa!” tələbinə münasibət bildirərkən deyib.

Paşinyan bildirib ki, o, heç vaxt imkan verməyəcək hansısa müxalifət qrup hakimiyyəti xalqın əlindən alsın.

“Mən xalqın hakimiyyətini sizdən müdafiə edirəm və onu sona qədər qoruyacağam”, - deyən Paşinyan müxalifətə, keçmiş hakimiyyətə müraciət edərək təkrarlayıb:

“Əgər sabah sxalq hakimiyyəti ələ almaq istəsə, o bunu edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?