Modern.az

Hakan Fidan amerikalı həmkarı ilə Qafqazı da müzakirə etdi - YENİLƏNİB

Hakan Fidan amerikalı həmkarı ilə Qafqazı da müzakirə etdi - YENİLƏNİB

Dünya

15 Fevral 2025, 00:24

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

 

Modern.az Dövlət Departamentinə istinadən xəbər verir ki, görüşdə ABŞ-Türkiyə münasibətləri, regiondakı ortaq maraqlar, ikitərəfli ticarət müzakirə edilib.

 

Məlumata əsasən Marko Rubio ABŞ, Türkiyə və region üçün təhlükə təşkil etməyən sabit və vahid Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Görüşdə Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə qlobal koalisiyadakı rolu, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Rusiya-Ukraynaya müharibəsinin bitməsi üçün addımlar müzakirə olunub.

 

***

22:41

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş 61-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi